LAHYİHƏLƏR

Əlaqə

İnteryer dizaynının hazırlanması: fərdi yaşayış evlərinin, fərdi mənzillərin, o cümlədən biznes, səhiyyə, tədris və ticarət mərkəzlərinin, otellərin, ofislərin, teatrların, muzeylərin, idman və istirahət komplekslərinin, mağazaların, şadlıq saraylarının, kafe və restoranların və digər obyektlərin interyer dizaynının layihələndirilməsi.

Dizayn hər hansı bir məkanın funksional rahatlığını və yüksək estetik gözəlliyini yaratmaq incəsənətidir. Həqiqi dizayn sifarişçinin daxili dünyasını açmağa imkan verir. Layihələndirmə zamanı sifarişçi ilə sıx əlaqə, yekun nəticənin onun gözləntilərinə maksimal dərəcədə uyğun olmasına zəmanət verir. Dizayn-layihənin ətraflı işlənməsi artıq layihələndirmə mərhələsində gələcək dizaynı görməyə imkan verir,

Biz artıq 20 ildən çoxdur ki, eksklüziv interyerlərin yaradılmasında ixtisaslaşmışıq. Bizim yüksək ixtisaslı dizaynerlərimiz sizin xəyalınızda olan interyer dizaynını yüksək estetik zövq, fantaziya və professionallıqla yaradır və 3D modelini hazırlayır. Şirkətimizdə 3D modeller ən müasir proqram təminatlarından faydalanmaqla ən yüksək səviyyədə hazırlanır.

Bizim əsas məqsədimiz sizin zövq alaraq və sevərək yaşaya biləcəyiniz, işləyəcəyiniz və istirahət edəcəyiniz mühit və interyeri yaratmaqdır.

İnteryer dizayn layihəsinə daxildir

1.Obyektin (mənzilin) yenidən planlaşdırma həlli
2.İnteryer dizaynının hazırlanması və 3D vizualizasiya
3.İnteryer dizaynının işçi layihəsinin hazırlanması